Azərbaycanlı idmançı həbs edildi – FOTO  

Azərbaycanlı idmançı həbs edildi – FOTO  

Hazırda oxunan: Azərbaycanlı idmançı həbs edildi – FOTO  
195488
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ağır atletika üzrə Azərbaycan çempionu tanışını bıçaqladığı üçün 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. 

Bizim.Media “qaynarinfo.az”a istinadən xəbər verir ki, 2001-ci il təvəllüdlü Ümidvar Bayramlı 27 sentyabr 2023-cü il tarixdə, saat 23.00 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi, MİDA yaşayış kompleksində tanışı Mirzə adlı şəxsi bıçaqlayıb. 

Belə ki, Ümidvar Bayramlının zərərçəkmişə satdığı "Samsung A4" markalı telefon nasaz çıxdığı üçün onlar arasında mübahisə yaranıb. Hadisə baş verərəkən Ümidvar orda dostları ilə birgə olub. 
İdmançı məhkəmədə iddia edib ki, Mirzə onu söydüyü üçün bıçaqlayıb və əməlindən peşman deyil. Məhkəmədə o da məlum olub ki, Ümidvar Bayramlı Suraxanı Rayon Məhkəməsinin 4 avqust 2022-ci il tarixlihökmü ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 1 il 7 ay 16 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 

Qeyd edək ki, 2001-ci il təvəllüdlü Ümidvar Bayramlı ağır atletika üzrə Azərbaycan çempiondur.

O, həmçinin İsveçdə keçirilən Avropa birinciliyində bürünc medal qazanıb. 

Azərbaycanlı idmançı həbs edildi – FOTO   - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO