
- A-
- A
- A+
Səhiyyə Nazirliyinə yeni səlahiyyətlər verildi - FƏRMAN
Səhiyyə Nazirliyinin səlahiyyətləri artırılıb.
Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı bəzi fərmanlarda və sərəncamda dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Dəyişikliklə Səhiyyə Nazirliyinin vəzifələri siyahısına aşağıdakılar əlavə edilib:
- “Dərman vasitələri haqqında” qanuna uyğun olaraq dərman vasitələrinin, dərman maddələrinin və tibb vasitələrinin dövlət qeydiyyatını həyata keçirmək, habelə dərman vasitələrinin dövlət reyestrini aparmaq;
- Azərbaycanda istehsal olunan dərman vasitələrinin siyahısını hazırlamaq, ictimaiyyətin məlumatlandırılması məqsədilə rəsmi internet səhifəsində yerləşdirmək və rübdə bir dəfə yenilənməsini təmin etmək;
- Dərman vasitələrinin keyfiyyətli, effektiv və təhlükəsiz olmamasına dair əsaslandırılmış faktlar aşkar edildikdə, həmin dərman vasitələrinin dövlət reyestrinə daxil edilməsindən imtina etmək, dərman vasitələrinin dövlət reyestrinə daxil edilmiş və ya “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulan dərman vasitələrinin Azərbaycan Respublikasında tətbiqini qadağan etmək və bu barədə ictimaiyyəti məlumatlandırmaq;
- Tibb vasitələrinin risk dərəcəsindən asılı olaraq təsnifatını müəyyən etmək.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































