“Ailə Akademiyası”x9d layihəsi çərçivəsində tədbir keçirildi

“Ailə Akademiyası”x9d layihəsi çərçivəsində tədbir keçirildi

Hazırda oxunan: “Ailə Akademiyası”x9d layihəsi çərçivəsində tədbir keçirildi

194117

Ötən gün Nərimanov Rayon İcra Hakimiyyətində Rayon İcra Hakimiyyəti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı “Ailə Akademiyası”x9d layihəsi çərçivəsində tədbir keçirilib.

Moderator.az xəbər verir ki, tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova,xa0 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Aynur Sofiyeva,xa0 AMEA-nın professoru Rəna Mirzəzadə, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri, Azərbaycan Şəhər Bələdiyyələri Assosiasiyasının sədri, Nərimanov Rayon Bələdiyyəsinin sədri Təmraz Tağıyev, rayonun səhiyyə, təhsil müəssisələrinin, ictimai birliklərin nümayəndələri, fəal gənclər iştirak ediblər.xa0xa0

İradə Mahmudova tədbiri açaraq dövlət ailə siyasətinin dəstəklənməsi istiqamətində ailə institutunun təbliği, milli-mənəvi dəyərlərin gənc nəsilə aşılanması, eləcə də qadınların cəmiyyətdə fəallığının və iştirakçılığının artırılması məqsədilə yerlərdə özünüidarəetmə orqanlarının imkanlarını nəzərə alaraq, bələdiyyə orqanları ilə birgə “Ailə Akademiyası”x9d layihəsinə start verildiyini bildirib.

Sonra məruzələr ətrafında fəal gənc Arzu Cəfərzadə, Rayon Ağsaqqallar Şurasının üzvü, rayon ziyalısı Həmid Cəfərov, din xadimi Adil Hüseynov milli-mənəvi dəyərlərimizin qorunmasında ailənin rolundan danışıblar. Tədbir yekunlaşdıqdan sonra qonaqlar Nərimanov Rayon İcra Hakimiyyətinin kiçik zalında “Ailə Akademiyası”x9d layihəsi çərçivəsində hazırladığı təlimə baxıblar.xa0


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO