Lənkəranda piyadanı maşın vurub öldürdü - FOTO

Lənkəranda piyadanı maşın vurub öldürdü - FOTO

Hazırda oxunan: Lənkəranda piyadanı maşın vurub öldürdü - FOTO

193570

Gecə saatlarında Lənkəran şəhərinin Şəhidlər Xiyabanı ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hərəkətdə olan "VAZ-2106" markalı minik avtomobil şəxsiyyəti hələ dəqiqləşdirilməyən qadını vurub. 

Ağır xəsarət alan qadın təcili olaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Buna baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.




Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO