Daha 5 marşrut avtobusunun hərəkəti dəyişdirilir

Daha 5 marşrut avtobusunun hərəkəti dəyişdirilir

Hazırda oxunan: Daha 5 marşrut avtobusunun hərəkəti dəyişdirilir

193530

“8 Noyabr” prospektində aparılan təmir işləri ilə əlaqədar 23 may saat 8:00-dan 29 may saat 22:00-dək prospektin Yusif Səfərov küçəsi ilə kəsişməsindən Xəqani Rüstəmov küçəsi ilə kəsişməsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, təmir işləri müddətində:

- 21 və 175 nömrəli avtobuslar “Dəniz Kənarı” küçə,

- 10 nömrəli avtobus Nəcəfqulu Rəfiyev və Süleyman Vəzirov küçələri,

- 32 və 46 nömrəli avtobuslar Nəcəfqulu Rəfiyev, Süleyman Vəzirov və Xəqani Rüstəmov küçələri ilə hərəkət edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO