Anomal hava şimal bölgəsində kənd təsərrüfatına hansı ziyanları vurub? – FOTO

Anomal hava şimal bölgəsində kənd təsərrüfatına hansı ziyanları vurub? – FOTO

Hazırda oxunan: Anomal hava şimal bölgəsində kənd təsərrüfatına hansı ziyanları vurub? – FOTO
192711
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Havaların qeyri-sabit keçməsi şimal bölgəsində də özünü göstərir. Mütəxəssislərin sözlərinə görə, anormal hava meyvəçiliyin inkişafına mənfi təsir edir.

Belə ki, bəzi meyvələrin çiçək açdığı bu günlərdə yağış və küləkli hava çiçəklərin yerə tökülməsinə şərait yaradır, bitkilərin inkişafını ləngidir. Üstəlik olduqca rütubət yaradan yağışlı havadan sonra əsən güclü külək torpağın qurumasına səbəb olur.

Bu barədə Bizim.Media-ya danışan qubalı fermer İldırım Məmmədov bildirib ki, qeyri-sabit hava şəraiti heyvandarlığın inkişafına da zərər vurur.

Onun sözlərinə görə, indi mal-qaranın qışlaqdan yaylağa köç etdiyi dövrdür:

“Lakin belə hava köçə mane olur. Çünki dağlıq ərazilərdə hava soyuqdur, qar yağır. Belədə heyvanlar dağa çıxa bilmir. Qışlaqlarda isə yem və azuqə tükənib. Müşahidə olunan bu hallar kənd təsərrüfatının meyvəçilik və heyvandarlıq sahələrinin inkişafında müəyyən geriləmə yaradır”.

Bununla belə, İldırım Məmmədov yağıntılı havanın otlaq sahələri üçün faydalı olduğunu hesab edir. Amma fermer bildirir ki, havalar belə davam edərsə, ot biçininə və yığımına mənfi təsir edə bilər.

Anomal hava şimal bölgəsində kənd təsərrüfatına hansı ziyanları vurub? – FOTO - foto 1
Anomal hava şimal bölgəsində kənd təsərrüfatına hansı ziyanları vurub? – FOTO - foto 2
Anomal hava şimal bölgəsində kənd təsərrüfatına hansı ziyanları vurub? – FOTO - foto 3
Anomal hava şimal bölgəsində kənd təsərrüfatına hansı ziyanları vurub? – FOTO - foto 4


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO