
- A-
- A
- A+
Cəmiyyət
15:26 / 21.09.2017
2 dəq oxunma
ADNSU-da Neft-Mexanika fakültəsinin tələbələri ilə görüş keçirildi
Hazırda oxunan: ADNSU-da Neft-Mexanika fakültəsinin tələbələri ilə görüş keçirildi
192534
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Sentyabrın 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Neft-Mexanika fakültəsinin birinci kurs tələbələri ilə görüş keçirilib. Görüşdə ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev, Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Namiq Gəncəyev və Neft-Mexanika fakültəsinin dekanı dosent, t.e.n., Əli Hikmət Əhmədov iştirak edib.
Tərbiyə işləri üzrə prorektor A.Babayev tədbiri giriş sözü ilə açaraq gəncləri ADNSU-nun tələbəsi adını qazanmaları münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Ölkəmizin gələcəyinin məhz bu günkü tələbələr olduğunu deyən prorektor, dosent A.Babayev gəncləri ADNSU-nun nizam-intizam qaydaları ilə tanış edib. Dosent A.Babayev müasir gəncliyin elmli-təhsilli olması ilə yanaşı nizam-intizamlı olmasının da əhəmiyətli olduğunu diqqətə çatdırıb. Onlara nizam-intizamlı, ədəb-ərkanlı olmağı və dərslərə ciddi hazırlaşmağı tövsiyə edib.
Şanlı tarixi olan ADNSU-nun bacarıqlı və dünyaca tanınmış məzunlar yetişdirdiyini deyən THİK-in sədri N.Gəncəyev komitənin gəncləri bir araya toplamasında və onların hüquqlarının müdafiəsi istiqamətində əhəmiyyətindən bəhs edib. Tələbələrin asudə vaxtlarını səmərəli keçirməsi və universitetin ictimai həyatında fəal iştirak etməsi üçün yaradılan şəraitdən və fəaliyyət göstərən dərnəklərdən danışıb. N.Gəncəyev həmçinin qeyd edib ki, hər bir tələbə universitetdə fəaliyyət göstərən “Gənclik”x9d mahnı və rəqs ansamblına, “Maqnat”x9d intellektual klubuna, “Şən və Hazırcavablar Klubuna”x9d, eləcə də Debat və İdman klublarına üzv ola və orada aktiv iştirak edə bilər.
Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.




























































































