Komitə sədri qocaman jurnalistə təbrik məktubu ÜNVANLAYIB 

Komitə sədri qocaman jurnalistə təbrik məktubu ÜNVANLAYIB 

Hazırda oxunan: Komitə sədri qocaman jurnalistə təbrik məktubu ÜNVANLAYIB 

192208

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa Azərbaycan Respublikasının Əməkdar jurnalisti Qədir Aslanı 80 illik yubileyi ilə bağlı təbrik edib. 

Bizim.Media “turkustan.az”a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir: 

"Hörmətli Qədir müəllim, 

Sizi - tanınmış jurnalisti 80 illik yubileyinizlə bağlı təbrik edir, sizə möhkəm can sağlığı diləyirəm! 

Siz Azərbaycan Dövlət Universitetinin (BDU-nun) Jurnalistika fakültəsini bitirmisiniz. Bakıda təhsilinizi başa vurduqdan sonra doğma Göyçəyə qayıdıb, Basarkeçərdə yayınlanan “Bolluq uğrunda” qəzetində çalışmağa başlamış, 20 il həmin qəzetin məsul katibi olmusunuz. 

1988-ci ildə dədə-baba yurdumuz Göyçəni tərk etməyə məcbur qaldıqdan sonra Bakı şəhərində yaşayıb-yaratmış, müxtəlif mətbu orqanlarda çalışmış, öz məhsuldar əməyinizlə seçilmisiniz. Artıq 24 ildir “Respublika” qəzetinin Diaspor şöbəsinin müdirisiniz. 

Sizin “Göyçə şəhidləri”, “Qədim Oğuz yurdunun Milli Qəhrəmanları”, “XX əsrin Koroğlusu”, “Goranboy qartalları” – ümumilikdə 10-dan çox kitabınız gün üzü görüb. 

Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci ildə imzaladığı Sərəncam əsasında Əməkdar jurnalist fəxri adına layiq görülmüsünüz. 

Sizi yubileyiniz və yaradıcılıq uğurlarınızla bağlı bir daha təbrik edir, ən xoş diləklərimi yetirirəm"! 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO