Şuşada mərkəzi küçələrdən birinə Milli Qəhrəmanın adı verilib - FOTO

Şuşada mərkəzi küçələrdən birinə Milli Qəhrəmanın adı verilib - FOTO

Hazırda oxunan: Şuşada mərkəzi küçələrdən birinə Milli Qəhrəmanın adı verilib - FOTO
192106
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şuşada mərkəzi küçələrdən birinə Milli Qəhrəman Ramiz Qəmbərovun adı verilib.

Bizim.Media qafqazinfo-ya istinadən xəbər verir ki, uzun müddətdən sonra Şuşaya qayıdan ilk sakinlərin yaşadığı evlər məhz bu küçədə yerləşir.

Qeyd edək ki, Ramiz Qəmbərov 2 iyul 1962-ci ildə Şuşa şəhərində anadan olub. R.Qəmbərov 1992-ci ildə könüllü özünümüdafiə batalyonu yaradıb və bu batalyonun başçısı olub. Onun taboru Şuşa şəhərinin, Kərkicahan, Kosalar, Nəbilər, Qaybalı, Malıbəyli, Quşçular, Göytala kəndlərinin müdafiəsində mərdliklə vuruşub.

29 aprel 1992-ci ildə erməni işğalçıları Kosalar və Kərkicahan kəndləri yaxınlığındakı postlara hücum edən zaman Ramiz Qəmbərovun taboru döyüşə atılıb və bu döyüşdə cəsur komandir ağır yaralanıb. Bir gün sonra isə şəhidlik zirvəsinə ucalıb.

Azərbaycan Prezidentinin 7 iyun 1992-ci il tarixli fərmanı ilə Qəmbərov Ramiz Bulud oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. O, Şuşada dəfn edilib.

Şuşada mərkəzi küçələrdən birinə Milli Qəhrəmanın adı verilib - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO