Unudulan DƏYƏRLƏR – Böyük gələndə ayağa qalxıb onlara yer verməliyikmi?

Unudulan DƏYƏRLƏR – Böyük gələndə ayağa qalxıb onlara yer verməliyikmi?

Hazırda oxunan: Unudulan DƏYƏRLƏR – Böyük gələndə ayağa qalxıb onlara yer verməliyikmi?

190910

Hər saniyə dəyişən, inkişaf edən planetimizdə dəyişməyən sadəcə bəzi dəyərlər qalır. Ancaq günümüzdə o dəyərlər də unudulur. 

Məsələn, böyük gələndə ayağa qalxmaq, onlara yer vermək Azərbaycanda etik qayda hesab edilsə də, yeni nəsil gənclər bu cür etiket qaydalarını unudur, yadırğayırlar.

Bəs səbəblər nələrdir?

Klinik psixoloq Fuad Əsədov mövzu ilə bağlı Bizim.Media-ya danışıb. O, unudulan etiket və mənəvi dəyərlərin səbəbini belə izah edib:
 

MÖVZU İLƏ BAĞLI:

Cəmiyyətimizi uçuruma aparan verilişlərə nə zaman QADAĞA QOYULACAQ?


“Ümumiyyətlə, etik qaydaların olma səbəbi onların funksiyaları ilə bağlıdır. Etik qaydalar cəmiyyətdə, sosial qruplarda, ailədə və iş yerlərində münasibətləri nizamlayır, hər kəsin öz vəzifə və öhdəliklərini anlamasına yol açır. Məsələn, xəyanət etmək etik hərəkət deyil, çünki, xəyanət fərdlərin sağlam münasibətini pozur və cəmiyyətin varlığı üçün ehtiyac olan ailə institutlarının dağılmasına səbəb olur. 

Yaxud da maşından düşərkən xanımın əlindən tutmaq, pilləkənlə yuxarı qalxarkən qadının arxasında, düşərkən önündə dayanmaq etik qayda hesab edilir. Çünki bu zaman qadın yıxılarsa, onu tutmaq mümkündür. Amma cəmiyyət daxilində davranışların mənalandırılması da etik normalar yaradır. 

Məsələn, bizdə və bir neçə cəmiyyətdə yaşlı bir insana ictimai nəqliyyatda yer vermək mədəniyyət hesab edilirsə, Yaponiyada bu, mədəniyyətsizlik hesab olunur. Çünki bu hərəkətlə onların yaşlılığını üzünə vurmuş olursunuz. Bir çox ölkələrdə bu hərəkət absurd qarşılanır. Dolayısı ilə etik normalar həm də öz funksiyaları ilə birlikdə subyektiv mənalandırılmalarına görə yaranırlar. Subyektivlik isə hər zaman dəyişikliyə açıq olmaq mənasına gəlir”. 

Psixoloqun sözlərinə görə zaman keçdikcə insanlar bəzi etik normaların gərəksiz olduğunu anlayırlar:

“Bir şey subyektivdirsə, gec-tez ya yox olacaq, ya da dəyişəcək. Belə də olur. Dünya qloballaşır və biz fərqli cəmiyyətləri, fikirləri öyrəndikcə öz dəyər yarğılarımızı da sorğulayıb dəyişdirməyə başlayırıq. Əvvəllər belə bir etik qayda var idi. Bir insanın valideynlərinin yanında öz uşağı ilə oynaması hörmətsizlik hesab edilirdi. Zamanla bu norma demək olar ki, tamamilə aradan qalxdı. 
Çünki insanlar başa düşdülər ki, bu çox mənasızdır. Əksinə, uşağa qayğı və sevgi göstərmək onun psixoloji sağlamlığı üçün də faydalıdır. Mənalandırma da get-gedə dəyişməyə başlayır. Əvvəllər avtobusda xanımlara yer vermək mədəniyyət hesab edilirdisə, indi feminist cərəyanların təsiri ilə bu hərəkət yox olmaq üzrədir. Dəyişən dünyada normaların sabit qalmasını gözləmək olmaz”.

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO