Bu əraziyə qar yağır – FAKTİKİ HAVA  

Bu əraziyə qar yağır – FAKTİKİ HAVA  

Hazırda oxunan: Bu əraziyə qar yağır – FAKTİKİ HAVA  

190902

Mayın 7-si saat 15:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. 

Bu barədə Bizim.Media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında, Mərkəzi Aran, Naxçıvan MR, Qarabağ, Şərqi Zəngəzur, Gəncə-Qazax, Daşkəsən-Gədəbəy, Quba-Qusar, Dağlıq Şirvan, Lənkəran-Astara bölgəsində yağış, Xınalıqda sulu qar, Şahdağda isə qar yağır. 
Göygöl, Şəmkir, Balakən, Şəki, Qax, Qrız, Şahdağ, Göyçay, Lerik, Daşkəsəndə duman müşahidə olunur. 

Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında arabir 23 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4.4 metrə çatıb. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12-14, Naxçıvan MR-da 16-19, Aran rayonlarında 18, dağlıq rayonlarda isə 4-8 dərəcəyədək isti qeydə alınıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO