Bakı metrosunda sərnişin müdaxiləsi nəticəsində nasazlıq yaranıb

Bakı metrosunda sərnişin müdaxiləsi nəticəsində nasazlıq yaranıb

Hazırda oxunan: Bakı metrosunda sərnişin müdaxiləsi nəticəsində nasazlıq yaranıb

190747

Bakı metrosunda "Dərnəgül-Həzi Aslanov" marşrutu üzrə hərəkət edən qatarın bir vaqonunun qapılarında sərnişin müdaxiləsi nəticəsində nasazlıq yaranıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.

Belə ki, "28 May" stansiyasında maşinist vaqon qapılarına baxış keçirib və qatarın sərnişinlər düşürülməklə xətdən çıxarılması zərurəti yaranıb. Nəticədə, qatar stansiyanı, sərnişinsiz olmaqla, 6 dəqiqə yubanma ilə tərk edib.

Əks istiqamətdən xəttə ehtiyat qatar verilib. Hazırda qatarlararası intervalın bərpa edilməsi istiqamətində tədbirlər görülür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO