Polisdən qaçan narkokuryer barəsində cinayət işi BAŞLANILDI - FOTO

Polisdən qaçan narkokuryer barəsində cinayət işi BAŞLANILDI - FOTO

Hazırda oxunan: Polisdən qaçan narkokuryer barəsində cinayət işi BAŞLANILDI - FOTO
189278
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Metronun “Koroğlu” stansiyasının yaxınlığında yol polisinə tabesizlik göstərərək qaçmağa çalışan motosiklet sürücüsü, paytaxt ərazisində narkokuryerlik edən 2002-ci il təvəllüdlü Əliyev Tofiq Taleh oğlu barəsində Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmin şəxsdən 2 kiloqrama yaxın heroin, 105 qram tiryək, 2 qram metamfetamin, marixuana və narkotiklərin satışında istifadə etdiyi elektron tərəzi götürülüb.

Qeyd edilib ki, T.Əliyev ötən gün Nizami Rayon Polis İdarəsinin və Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma zamanı onun idarə etdiyi motosikletlə kuryer xidməti adı altında paytaxt ərazisində narkotiklərin satışı və daşınması ilə məşğul olduğu müəyyən olunub. T.Əliyev bu səbəbdən yol polisi ona “saxla” işarəsi verən zaman qaçmağa cəhd göstərib.

Polisdən qaçan narkokuryer barəsində cinayət işi BAŞLANILDI - FOTO - foto 1
Polisdən qaçan narkokuryer barəsində cinayət işi BAŞLANILDI - FOTO - foto 2


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO