Quba-Xaçmaz regionunda "Nə", "Harada", "Nə zaman" intelektual turnir başa çatıb - FOTO

Hazırda oxunan: Quba-Xaçmaz regionunda "Nə", "Harada", "Nə zaman" intelektual turnir başa çatıb - FOTO

189016

Quba-Xaçmaz regional Elm və Təhsil İdarəsində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 530-cu illliyi ilə əlaqədar keçirilən "Nə", "Harada", "Nə zaman" intelektual turnir başa çatıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, regional idarənin əhatə etdiyi Siyəzən, Şabran, Xaçmaz, Quba, Qusar rayonlarının məktəbləri üzrə keçirilən yarışda şəhid Bəhruz Ağaverdiyev adına Qusar şəhər 1 saylı orta məktəbin komandası qalib gələrək 1-ci yeri tutub.

Bu gün Quba-Xaçmaz regional Elm və Təhsil İdarəsində keçirilən "Məhəmçəd Füzuli ayı" çərçivəsində keçirilən yekun tədbirdə Qusar komandasına idarənin fəxri fərmanı və kubok təqdim edilib.

İkinci və üçüncü yerləri tutan Xaçmaz və Şabran komandaları da mükafatlandırılıb.





Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO