İtkin düşən 64 yaşlı qadının meyiti Əyriçaydan tapılıb

Hazırda oxunan: İtkin düşən 64 yaşlı qadının meyiti Əyriçaydan tapılıb

188631

Şəkidə dörd gün əvvəl itkin düşən 64 yaşlı qadının meyiti bu gün axşam saatlarında yerli sakinlər tərəfindən tapılıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Şəki rayonu Cumakənd kənd sakini 64 yaşlı Çimnaz Mikayılovanın meyiti axşam saatlarında Fövqaladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri tərəfindən batdığı Əyriçay çayından çıxarılıb.

Meyit aşkarlandıqdan sonra əraziyə polis, eləcə də digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Daha sonra FHN xilasedicilərinin köməyi ilə o, batdığı Əyriçaydan çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO