Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar - VİDEO

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar - VİDEO

Hazırda oxunan: Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar - VİDEO
188618
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda səki qanunsuz olaraq zəbt olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Baku.ws-in “qaynar xətti”nə məlumat daxil olub.

Söhbət Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 80 ünvanındakı səkidən gedir.

Görüntüdən məlum olur ki, ərazi qanunsuz olaraq özəlləşdirilib və piyadaların keçidinə maneə yaradılıb.

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən sorğuya cavab olaraq bildirilib ki, komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən şəhərsalma nəzarəti qaydasında monitorinq keçirilib və sözügedən ünvanda səkinin parklanma yeri üçün qanunsuz olaraq zəbt edilməsi faktı aşkarlanıb.
Qeyd edilib ki, fakt üzrə müvafiq qaydada akt tərtib edilərək ərazinin saxlanılması, qısa zamanda lazımi tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti üzrə Bakı Şəhər İcra Hakimiyyəti və yerli icra hakimiyyəti orqanına məlumat verilib.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO