“McDonald’s Azərbaycan” və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO - VİDEO

Hazırda oxunan: “McDonald’s Azərbaycan” və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO - VİDEO

188561

“McDonald’s Azərbaycan” şirkətinin və Dövlət Sosial Müdafiə Fondunun birgə təşkilatçılığı ilə qazi övladları üçün 23 aprel Ümumdünya Kitab Gününə həsr olunmuş seminar təşkil olunub.

Bakı şəhəri və ətraf ərazilərdə yaşayan 30-a yaxın qazi övladının iştirak etdiyi seminarda xüsusi qonaq qismində Bəhram Bağırzadə iştirak edib. Qonaq uşaqların böyük entuziazmla iştirak etdiyi tədbirdə öz fikirlərini onlarla bölüşüb, balaca oxuculara kitablar təqdim edib.

Qeyd edək ki, seminar Dövlət Sosial Müdafiə Fondu ilə "McDonald's Azərbaycan" şirkəti arasında əməkdaşlığı nəzərdə tutan Anlaşma Memorandumuna əsasən reallaşdırılan növbəti tədbirdir.

Uzunmüddətli perspektivdə sosial yardımın göstərilməsi, o cümlədən şəhid və qazi övladları üçün inkişafetdirici və əyləncə tədbirlərinin təşkilinə xüsusi diqqət ayrılacaq.
Tədbirin məqsədi 44 günlük Vətən müharibəsi qazi övladlarına onların dövlətin, özəl təşkilatların xüsusi diqqət və qayğısı ilə əhatə olunduqlarının hiss etdirmək, uşaqların əylənməsi, sosiallaşması, asudə vaxtlarının səmərəli təşkili, eləcə də dünyagörüşlərinin genişləndirilməsinə nail olmaq, onların kitaba olan marağının artırılması istiqamətdə maarifləndirmə işlərinin aparılmasıdir.

Bu növ təşəbbüslərin ictimailəşdirilməsi və belə layihələrin sayının artırılması da qarşıya qoyulmuş məqsədlərdəndir.
 




















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO