Bakıda Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı qeyd olundu - FOTOLAR

Bakıda Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı qeyd olundu - FOTOLAR

Hazırda oxunan: Bakıda Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı qeyd olundu - FOTOLAR
18839
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda Türkiyənin 23 Aprel - Milli Suverenlik və Uşaq Bayramı, həmçinin Türkiyə Böyük Millət Məclisinin fəaliyyətə başlamasının 101-ci ildönümü qeyd olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə səfirliyinin “Twitter” səhifəsində bildirilib.

Türkiyənin Azərbaycandakı səfirliyində keçirilən tədbirdə qardaş ölkənin səfiri Cahit Bağçı, diplomatik nümayəndəliyin əməkdaşları, eləcə də Bakı Türk Məktəbinin azərbaycanlı və türkiyəli şagirdləri iştirak ediblər.

Əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edən diplomat bildirib ki, bu bayramı qardaş ölkənin paytaxtı Bakıda gələcəyimizin təminatçısı olan uşaqlarla birlikdə qeyd etmək çox xoşdur. Ulu öndər Mustafa Kamal Atatürkün dediyi kimi, hakimiyyət qeyri-şərtsiz olaraq xalqa məxsusdur.

Səfirin çıxışından sonra Bakı Türk Məktəbinin şagirdləri bu əlamətdar günə həsr olunan şeirlər söyləyiblər.

Eyni zamanda, Bakı Türk Anadolu Liseyinin şagirdi Samirə İsmayılova Türkiyənin milli himnini səsləndirib.

Sonda səfir uşaqları xidməti iş otağına apararaq onu müvəqqəti olaraq şagirdlərə həvalə edib.

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO