Şagirdləri sosial şəbəkə asılılığından necə XİLAS EDƏK? – Deputatdan maraqlı TƏKLİF

Hazırda oxunan: Şagirdləri sosial şəbəkə asılılığından necə XİLAS EDƏK? – Deputatdan maraqlı TƏKLİF

188372

“Şagirdlərin sosial şəbəkə aslılığı ilə bağlı ciddi tədqiqat aparılmalıdır”.

Bunu Elm və Təhsil naziri Emin Əmrullayev “Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair tədbirdə çıxışı zamanı deyib.  

Maraqlıdır, şagirdlərin sosial şəbəkə aslılığı ilə bağlı tədqiqat prosesini hansı qurum necə həyata keçirməlidir?
 

MÖVZU İLƏ BAĞLI:

Magistraturaya qəbul imtahanı keçiriləcək – Bu TARİXDƏ  


Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Etibar Əliyev Bizim.Media-ya bildirib ki, nazirin bu təklifi gec səsləndirilmiş bir fikirdir:

“İndiyə qədər şagirdlərin sosial şəbəkə aslılığını aradan qaldırmaq üçün ciddi işlər aparılmalı idi. Əlbəttə ki, dünyanın hər yerində bu yaxşı qarşılanmır. Sosial şəbəkə aslılığı xeyli vaxt itkisinə səbəb olur. Şagirdlər daha çox dərslik və digər materiallardan biliklər qazanmaq əvəzinə, informasiya aludəçisinə çevrilirlər. Bunun da beyin yarımkürələrinə təsiri var.

Təxminən 15 il olar ki, Cənubi Koreya həkimləri bununla bağlı həyəcan təbili çalıblar. Orada buna rəqəmsal kəmağıllılıq deyirlər. Cənubi Koreya həkimləri bildirirlər ki, sosial şəbəkədən aslılıq beynin kreativ düşünən hissəsinə mənfi təsir göstərir”. 

Deputat qeyd edib ki, bu, məsələnin fizioloji tərəfidir:

“Digər tərəfdən isə uşaqların şüuru dağınıq olur. Bu baxımdan şagirdlərin sosial şəbəkə asılılığının qarşısı birmənalı şəkildə alınmalıdır. Bu məsələdə Elm vəTəhsil Nazirliyi maraqlı tərəf olduğuna görə, tədqiqatı da onlar aparmalıdır. Lakin bu tədqiqatı qısa zaman kəsiyində etmək mümkün deyil. Eyni zamanda Sosial Tədqiqatlar Mərkəzi də bu prosesi həyata keçirə bilər. Məktəb konservativ, mühafizəkar sistemdir. İstənilən yeniliyi məktəbə gətirmək mənfi fəsadlara gətirib çıxara bilər”.

Nuranə Daxilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO