“Azparking” işçisini təhqir edən sürücü HƏBS EDİLDİ

Hazırda oxunan: “Azparking” işçisini təhqir edən sürücü HƏBS EDİLDİ

188033

Bakıda xidməti vəzifəsini icra edən “Azparking” əməkdaşına qarşı xuliqanlıq edən şəxs məsuliyyətə cəlb edilib.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu Y.V.Çəmənzəminli küçəsində qeydə alınıb.

Gəncə şəhər sakini olan və “Muzey” hoteldə icraçı direktor vəzifəsində işləyən 1994-cü il təvəllüdlü Z.Məmmədov ərazidə parkalanma fəaliyyətinə nəzarət edən əməkdaşa qarşı kobud davranaraq onu təhqir edib.

Belə ki, avtomobilini park edən sürücü ictimai yerdə xidməti vəzifəsini yerinə yetirən “Azparking” işçisinə hər hansı ödəniş etmək fikrində olmadığını deyib. Parklanmanı tənzimləyən şəxs isə sürücüyə mobil tətbiq vasitəsilə ödəniş edə biləcəyini bildirib. Bu zaman Z.Məmmədov onu söyərək təhqir edib.
Hadisə barədə polisə müraciət edildikdən sonra Z.Məmmədov saxlanılıb. Barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə ona 10 sutka inzibati həbs cəzası verilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO