Abşeronda ağır QƏZA: Yeniyetmə belə xilas edildi – VİDEO  

Hazırda oxunan: Abşeronda ağır QƏZA: Yeniyetmə belə xilas edildi – VİDEO  

186805

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. 

Bizim.Media xəbər verir ki, hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib. 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Ford Transit" markalı mikroavtobus ilə “İsuzu” markalı yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və “Ford Transit” markalı mikroavtobusun sərnişini deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb. 
Xilasedicilər avtomobildə sıxılı vəziyyətdə qalan sərnişin 2009-cu il təvəllüdlü Orucov Rasim Ramin oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər. 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO