Azərbaycanlı məktəbli dünyanın nüfüzlu ali məktəbinə qəbul oldu - VİDEO

Hazırda oxunan: Azərbaycanlı məktəbli dünyanın nüfüzlu ali məktəbinə qəbul oldu - VİDEO

186743

Azərbaycanlı məktəbli Fidan Hüseynova dünyanın ən nüfüzlu ali məktəblərindən biri olan Massaçusets Texnologiya İnstitutuna (MIT) qəbul olub.

Bizim.Media  xəbər verir ki, fizika, riyaziyyat və informatika təmayüllü liseydən məzun olan Fidan Hüseynova illik təhsil haqqı 88 min dollar olan instituta qəbul olub.

Onun sözlərinə görə, bu uğurlu nəticə və seçim heç də təsadüfi olmayıb.

Gəncəli abituriyent deyib ki, onun heç də az olmayan təhsil haqqı və yaşayış xərclərinin ödənilməsi məsələsi də artıq həllini tapıb. 

O, bu işdə həm universitetin, həm də xaricdə təhsil üzrə dövlət proqramının təqaüdündən yararlana biləcək.

Qeyd edək ki, Fidanın böyük qardaşı hazırda Koreyada ali təhsil alır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO