DİN Neftçalada əməliyyat keçirdi: 7 nəfər saxlanıldı – FOTO 

DİN Neftçalada əməliyyat keçirdi: 7 nəfər saxlanıldı – FOTO 

Hazırda oxunan: DİN Neftçalada əməliyyat keçirdi: 7 nəfər saxlanıldı – FOTO 

186612

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son 20 gün ərzində keçirilən tədbirlərlə rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan 7 nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, həmin şəxslərdən 8 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə - heroin, tiryək, metamfetamin və marixuana götürülüb.

Bundan əlavə, rayon ərazisində aksiz markasız tütün məmulatlarının satışı ilə məşğul olan iki nəfər də müəyyən edilib.
Həmçinin, qeyd edilən müddət ərzində aparılan nəzarət-profilaktiki tədbirlər nəticəsində rayon sakinlərindən 1-i yivli olmaqla 14 odlu silah aşkar olunub.

Faktlarla bağlı Neftçala RPŞ-də araşdırmalar davam etdirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO