Ötən həftə Qarabağda aşkarlanan minaların SAYI 

Hazırda oxunan: Ötən həftə Qarabağda aşkarlanan minaların SAYI 

186244

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb. 

Bizim.Media xəbər verir ki, azad olunan ərazilərdə 2024-cü il 1-7 aprel aralığında 10 tank əleyhinə mina, 47 piyada əleyhinə mina, 718 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. 

Həmçinin 1576 hektar ərazi minalardan təmizlənib. 

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) həyata keçirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO