Suraxanıda alkoqolsuz içkilərin istehsalı müəssisəsində nöqsanlar AŞKARLANIB - FOTO

Suraxanıda alkoqolsuz içkilərin istehsalı müəssisəsində nöqsanlar AŞKARLANIB - FOTO

Hazırda oxunan: Suraxanıda alkoqolsuz içkilərin istehsalı müəssisəsində nöqsanlar AŞKARLANIB - FOTO

185701

Bakının Suraxanı rayonunda Aşıq Pəri küçəsi, 303A ünvanında fəaliyyət göstərən alkoqolsuz içkilərin emalı müəssisəsində aparılan planlı yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyənləşdirilib.

Bu barədə Bizim.Media-ya Qida Təhlükəsizliyi Agentliyinin İnformasiay təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, yoxlama zamanı müəssisədə texnoloji ardıcıllıq prinsipinə və temperatur rejiminə əməl edilmədiyi, məhsulların etiketlənməsi zamanı qanunvericiliyin tələblərinə riayət edilmədiyi, işçilərin dövri tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təmin olunmadığı məlum olub. Eyni zamanda şadlıq saraylarından geri yığılmış butulkaların yuyulduqdan sonra istifadə olunduğu müəyyən edilib.

Sınaq məqsədi ilə məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Sınaq protokoluna əsasən məhsulun göstəricilərinin texniki normativ hüquqi sənədlərin tələblərinə uyğun olmadığı müəyyənləşdirilib.

Faktla bağlı müəssisə rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib edilib, qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.





Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO