Şəhid qızı buraxılış imtahanında yüksək bal toplayıb – FOTO 

Şəhid qızı buraxılış imtahanında yüksək bal toplayıb – FOTO 

Hazırda oxunan: Şəhid qızı buraxılış imtahanında yüksək bal toplayıb – FOTO 

185471

Şəhid polkovnik-leytenant Elzamin Təhməzovun qızı Aysu Elzamin tam orta təhsil səviyyəsi (11 illik) üzrə 3 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticəsinə görə 282 bal toplayıb. 

Bizim.Media “Zəfər şəhid ailələrinə dəstək” İctimai Birliyinə istinadən xəbər verir ki, Elzaminin həkim olmaq istədiyi bildirilir. 

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı Elzamin Təhməzov Laçın rayonunun Malxələf kəndində anadan olub. Vətən müharibəsi başlayan zaman o, briqadanın kəşfiyyat rəisi kimi Murov yuksəkliyi və Suqovuşan istiqamətində gedən ağır döyüşlərdə bir çox erməni postlarının alınmasında böyük şücaət göstərib. 

Talış yüksəkliyi istiqamətində gedən döyüşlər zamanı isə düşmən tərəfindən mühasirəyə alınan 400 əsgərimizi xilas edib. Sentyabrın 29-da düşmən tərəfindən atılan minaatan mərmisinin yaxınlığına düşməsi nəticəsində şəhidlik zirvəsinə ucalıb. 

Prezidentin Sərəncamlarına əsasən, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları, 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib. 


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO