Bu məhsulların ölkəyə idxalına qadağa qoyuldu

Bu məhsulların ölkəyə idxalına qadağa qoyuldu

Hazırda oxunan: Bu məhsulların ölkəyə idxalına qadağa qoyuldu
18527
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OIE) bir sıra ölkələrdəki epizootik vəziyyətlə bağlı məlumat yayıb.

AQTA-dan Bizim.Media-ya verilən məlumata görə, Əlcəzairin Batna və Umm El Buaqi, Cənubi Afrika Respublikasının Qautenq, Finlandiyanın Qərbi Finlandiya, Rusiyanın Krasnodar inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi aşkarlanıb.
 

MÖVZU İLƏ BAĞLI:

Daha iki ölkədən quş əti idxalına qadağa qoyuldu


Bundan başqa, Cənubi Afrika Respublikasının Qərbi Keyp inzibati ərazi vahidlərində aşağı patogen quş qripi xəstəliyi, Cənubi Afrika Respublikasının Qərbi Keyp inzibati ərazi vahidlərində atların Afrika taun xəstəliyi, Cənubi Afrika Respublikasının Limpopo və İsrail Dövlətinin Hazafon inzibati ərazi vahidlərində dabaq xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Cənubi Afrika Respublikasının Limpopo və İsrail Dövlətinin Hazafon inzibati ərazi vahidlərindən bütün növ diri heyvan və heyvan mənşəli məhsulların, Cənubi Afrika Respublikasından diri atların, o cümlədən, Əlcəzairin Batna və Umm El Buaqi, Cənubi Afrika Respublikasının Qautenq və Qərbi Keyp, Rusiyanın Krasnodar, Finlandiyanın Qərbi Finlandiya inzibati ərazi vahidlərində xəstəliyin qeydə alındığı yerlərdən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO