Polis daha bir toyu dayandırdı - FOTO

Polis daha bir toyu dayandırdı - FOTO

Hazırda oxunan: Polis daha bir toyu dayandırdı - FOTO
18521
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Goranboy rayonunda mərasim iştirakçıları məsuliyyətə cəlb olunub.

Bizim.Media xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Goranboy rayon Polis Şöbəsinə (RPŞ) rayonun Səfikürd kəndində toy mərasiminin keçiriləcəyi barədə məlumat daxil olub.
 

MÖVZU İLƏ BAĞLI:

İmişlidə nəvəsinə toy edən babanın məclisi dağıdıldı


Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, iştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.

Davam etdirilən tədbirlərlə rayonun Düzqışlaq kəndində isə yas mərasiminin keçirilməsi aşkar edilib ki, RPŞ əməkdaşları həmin mərasim barəsində də qanunamüvafiq tədbir görüb.

Polis əməkdaşlarının keçirdiyi digər müvafiq tədbirlər nəticəsində rayonun Şəfəq kəndində isə xınayaxdı məclisi keçirilməsinin qarşısı alınıb. Məclis iştirakçıları ilə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları onların nəzərinə çatdırılıb, bəziləri barədə iznibati protokol tərtib edilib.

Bizim.Media

Polis daha bir toyu dayandırdı - FOTO - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO