İsmayıllı-Lahıc avtomobil yolunu birləşdirən ana yol uçub - FOTO

İsmayıllı-Lahıc avtomobil yolunu birləşdirən ana yol uçub - FOTO

Hazırda oxunan: İsmayıllı-Lahıc avtomobil yolunu birləşdirən ana yol uçub - FOTO
184912
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İsmayıllı-Lahıc avtomobil yolunu birləşdirən ana yol uçub.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, nəticədə gediş-gəlişdə fasilələr yaranıb. 

İstifadə də olan körpünün uzunluğu 42, eni isə 7 metrdir. Həmin körpüdən İsmayıllı-Lahıc istiqamətində sakinlər gündəlik gəliş-gedişdə istifadə edirlər. Bu gün günorta saatlarında körpünün giriş istiqamətindəki 5 metrlik hissəsi uçub. 

Beton hissə dağıldığından asvalt örtüyü çöküb. Yolun en hissəsi ümumilikdə 7 metrdir, salamat qalan 2 metrlik hissədən yalnızca kiçik avtomobillər və piyadalar istifadə edir. Ağırtutumlu yük avtomobillərinin isə hər iki istiqamətdə hərəkəti hələ ki, məhduddur. Əraziyə İsmayıllı rayon 5 saylı xüsusi təyinatlı yol istismarı idarəsinin canlı qüvvəsi və texnikası cəlb edilib.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, sel suları İsmayıllı rayonu Gəndov kəndində yolun bir hissəsini yuyub:

“Artıq yaranmış problemin aradan qaldırılması istiqamətində işlərə başlanılıb. Ən qısa zamanda problem aradan qaldırılaraq gediş-gəliş tamamilə bərpa ediləcək".

İsmayıllı-Lahıc avtomobil yolunu birləşdirən ana yol uçub - FOTO - foto 1
İsmayıllı-Lahıc avtomobil yolunu birləşdirən ana yol uçub - FOTO - foto 2
İsmayıllı-Lahıc avtomobil yolunu birləşdirən ana yol uçub - FOTO - foto 3
İsmayıllı-Lahıc avtomobil yolunu birləşdirən ana yol uçub - FOTO - foto 4

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO