Azərbaycanda 5 min eşşək

Azərbaycanda 5 min eşşək "yoxa çıxıb" - Ən çox bu rayonlardadır

Hazırda oxunan: Azərbaycanda 5 min eşşək "yoxa çıxıb" - Ən çox bu rayonlardadır
184843
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda son 1 il əzində eşşəklərin sayında ciddi azalma qedə alınıb. 

Bizim.Media bu barədə Modern.az-a istinadən xəbər verir.

Dövlət Statistika Komitəsindən bildirilib ki, 2024-cü ilin əvvəlində ölkəmizdə 14924 baş eşşək olub. 

Məlumata görə, eşşəklərin böyük hissəsinin - 10174-nün yaşı 3 və daha çoxdur. 

Qeyd edək ki, ötən ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda eşşəklərin sayı 20 mindən bir qədər çox olub. Beləliklə, 1 il ərzində ölkəmizdə 5 mindən artıq eşşək “yoxa çıxıb”.

Ümumiyyətlə son 20 ildə Azərbaycana eşşəklərin sayı təxminən 3 dəfə azalıb. 2004-cü ildə ölkəmizdə 42.2 min, 2014-cü ildə 43.4 min baş eşşək olduğu halda 2024-cü ilin məlumatlarına görə bu rəqəm 14.9 min olub.

Eşşəklərin sayına görə rayonların sıralamasına Lerik başçılıq edir. Belə ki, bu rayonda 1362 baş eşşək var. Onların 1000-ə yaxınının 3 və daha artıq yaşı var. 

Sıralamada ikinci yeri 1284 başla Şəmkir rayonu, üçüncü yeri isə 1063 başla Ağstafa rayonu tutur.
Statistikaya görə, Bakı şəhərinda cəmi 4 eşşək var. Sözügedən heyvanlar paytaxtın Sabunçu rayonu ərazisindədir.

İqtisadi rayonlar arasında eşşələrin sayının ən çox olduğu bölgələr Qazax-Tovuz (4116 baş), Lənkəran-Astara (2713 baş) və Quba-Xaçmazdır (1812 baş),İşğaldan azad edilən bölgələrə gəlincə, Cəbrayılda 9, Laçında 54, Zəngilanda 18, Ağdamda 173, Füzulidə 315, Xocavənddə 3 baş eşşək var.

Eşşəklərin sayının daha çox olduğu digər rayonlar aşağıdakıladır:

Qazax rayonu - 895 baş

Quba rayonu - 891 baş

Samux rayonu - 728 baş

Tovuz rayonu - 550 baş

Yardımlı rayonu - 553 baş

Sabirabad rayonu - 474 baş

Goranboy rayonu - 468 baş

Astara raonu - 448 baş

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO