Bakıda daha bir parkinqdə qiymətlər kəskin artırılır – CƏDVƏL/FOTO 

Bakıda daha bir parkinqdə qiymətlər kəskin artırılır – CƏDVƏL/FOTO 

Hazırda oxunan: Bakıda daha bir parkinqdə qiymətlər kəskin artırılır – CƏDVƏL/FOTO 

184357

Bakıda Azadlıq meydanının yeraltı avtomobil dayanacağında parkinq üçün tətbiq edilən qiymətlər artırılır. 

Bizim.Media xəbər verir ki, yeni tariflər aprelin 1-dən tətbiq ediləcək. 

Gündəlik tariflər aşağıdakı kimi olacaq: 

0-1 saat - 1 manat; 

1-3 saat - 2 manat; 

3-6 saat - 3 manat; 

6-12 saat - 5 manat; 

12-24 saat 10 manat. 

Aylıq tariflər isə belə olacaq: 

Bir günə 12 saatlıq - 100 manat; 

Bütün günü (24 saatlıq) - 140 manat; 

Qonşular tarifi - 75 manat. 

Qeyd edək ki, daha əvvəl bu parkinqdə qiymətlər 0-2 saat - 1 manat, 2-5 saat - 2 manat, 5-12 saat - 3 manat, 12-24 saat - 6 manat təşkil edirdi. 

Aylıq abunə paketləri isə 12 saat üçün 50 manat, 24 saat üçün isə 80 manat idi. 

Xatırladaq ki, bundan əvvəl Qış parkının yeraltı avtomobil dayanacağında da qiymətlərin 170 faiz artırılacağı bildirilib. 


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO