Dumanlı hava neçə gün davam edəcək?

Hazırda oxunan: Dumanlı hava neçə gün davam edəcək?

183921

Hazırda Bakıda və Abşeron yarımadasında və bölgələrdə dumanlı hava şəraiti müşahidə olunur.  

Bizim.Media xəbər verir ki, bu barədə ETSN-in Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. 

Bildirilib ki, duman ilin keçid dövrləri üçün xarakterik olan və sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir. Bakı, Sumqayıt, Neft daşları, Pirallahı, Daşkəsən, Altıağac, Xaltan, Lerik, Astara, Qusarda duman müşahidə olunur. Dumanda görünüş 200-500 metrədək məhdudlaşıb.  
Dumanlı hava şəraitinin səbəbi nisbətən isti hava kütləsinin soyuq səth üzərinə hərəkəti nəticəsində yaranan inversiya qatıdır. Dumanlı hava şəraiti martın 25-i səhərədək davam edəcək. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO