Ötən həftə işğaldan azad olunmuş ərazilərdə aşkarlanan minaların SAYI 

Hazırda oxunan: Ötən həftə işğaldan azad olunmuş ərazilərdə aşkarlanan minaların SAYI 

183187

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb. 

Bizim.Media ANAMA-ya istinadən xəbər verir ki, azad olunan ərazilərdə 11-17 mart 2024-cü il tarixi ərzində 7 tank əleyhinə mina, 31 piyada əleyhinə mina, 202 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. 

Həmçinin, 1394.5 hektar ərazi minalardan təmizlənib. 

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO