“Şirin su ehtiyatlarının azalmasını artıq gözlərimizlə görürük” – Əsəd Şirinov 

“Şirin su ehtiyatlarının azalmasını artıq gözlərimizlə görürük” – Əsəd Şirinov 

Hazırda oxunan: “Şirin su ehtiyatlarının azalmasını artıq gözlərimizlə görürük” – Əsəd Şirinov 

182216

“Şirin su ehtiyatlarımız getdikcə azalır. Təbii ki, bütün dünyada belədir və  iqlim dəyişiklikləri ilə bağlı su qıtlığı müşahidə olunur. Bu da ölkəmizdə ən ciddi problemlərdən biridir. Problem artıq reallığa çevrilib və bunu öz gözlərimizlə görürük. Bu səbəbdən alternativ su mənbələrinin təşviqini artırırıq”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Əsəd Şirinov jurnalistlərə açıqlamasında deyib.

O, qeyd edib ki, Dövlət Su Ehtiyatları Agentliyi su təhlükəsizliyinin təmin olunmasını hədəfləyb:

“Bu hədəfə çatmaq üçün maksumum əlimizdə olan yerli su ehtiyatlarını qoruyub saxlamaq, suya qənaət etmək və ondan səmərəli istifadədir. Xatırladım ki, Prezidentin ötən il dəniz suyunun duzsuzlaşdırılması ilə bağlı sərəncamı var. Artıq bununla bağlı da tender başlayıb. Bakı-Abşeron və  Sumqayıtda  su təhlükəsizliyini təmin etmək üçün işlərə başlayacağıq.

Əlavə olaraq Hövsan Aerasiya  Stansiyasının təmizlənməsi və təmizlənən suyun təkrar istifadəsi üçün müxtəlif variantlar fikirləşirik. Bununla bağlı işçi qrupu yaradılıb və layihənin hansı səpkidə davam etdiriləcəyinə dair qərar verəcəyik”. 
Məhərrəm Əliyev, Nicat Niftəliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO