Fazil Mustafa: “Elə yerlər var ki, ancaq öz bölgəsindən olana qız verirlər”

Fazil Mustafa: “Elə yerlər var ki, ancaq öz bölgəsindən olana qız verirlər”

Hazırda oxunan: Fazil Mustafa: “Elə yerlər var ki, ancaq öz bölgəsindən olana qız verirlər”

182206

“Rayon yerlərində qadınların sosiallaşması ancaq toyda, xınada və yasda olur. Təmas darlığının içində kiminsə kimisə kəşf etməsi mümkün deyil”.

Bizim.Media xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa Qohum nikahları ilə bağlı keçirilən ictimai müzakirədə bildirib.

“İnsan hüquqları konteksindən götürdükdə, qohumla və ya başqasıyla evlənmək insanın şəxsi seçimidir. Lakin dövlətçilik kontekstindən yanaşdıqda, qohum evlilikləri qadağan olunmalıdır. Qadağanın alternativi isə maarifçilikdir”.

Deputat regionlarda yaşayan əhalinin sosiallaşma problemindən də söz açıb: 

“Biz Prezident seçkilərində seçicilərlə görüşü Mədəniyyət evlərində aparırdıq. Qızdırılma imkanı olmayan mədəniyyət evlərində, deməli teatr yoxdur. Teatr yoxdursa, mədəniyyət yoxdur. Bu da gənclərin mədəniyyətdən uzaq düşməsinə səbəbdir. Kəndlərdə sosiallaşma olmadığı üçün erkən nikahlar və qohum evlilikləri baş verir. 

30 minlik əhalisi olan kəndin mədəniyyət mərkəzi yoxdur. Rayon yerlərində qadınların sosiallaşması ancaq toyda, xınada və yasda olur. Təmas darlığının içində kiminsə kimisə kəşf etməsi mümkün deyil. 
Bizdə qohum evlilikləri ilə yanaşı, bölgə nikahı faktı da var. Məsələn, elə bölgə var ki, qızını ancaq öz yerindən olan adamla evləndirir” - deyə, Fazil Mustafa bildirib.

Nuranə Daxilqızı, Leyla Qəhrəmanova, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO