Bakıda 120-dək skuter stansiyası olacaq - RƏSMİ

Bakıda 120-dək skuter stansiyası olacaq - RƏSMİ

Hazırda oxunan: Bakıda 120-dək skuter stansiyası olacaq - RƏSMİ

182046

“Bakıda ümumilikdə 120-dək skuter stansiyasının olması gözlənilir. Velosipedlərin, skuterlərin yerləşdirilməsi vacibdir ki, insanlar istifadəyə başlaya bilsin. Bu işlərin davamı var”. 

Bizim.Media xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.

“Bakıda 160 kilometrə qədər ümumi avtobus şəbəkəmiz olmalıdırsa, hazırda təqribən 60 km var.

Onlar arasında əlaqənin yaradılması çox vacibdir. Başlıca işimiz qrafik üzrə hərəkətin təmin edilməsidir. Hazırda Abşeronda 50-nin üzərində layihə var. Dəmiryolu ilə bağlı qeyd edim ki, dəmir yolları 10 qatarla fəaliyyət göstərir. 4 qatar əlavə alınıb, hazırda testdədir. Metro ilə bağlı isə əlavə 35 qatarın xəttə buraxılması planlaşdırılır” , - deyə nazir müavini bildirib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO