BİZİM TƏQVİM: 7 martda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 7 martda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 7 martda baş vermiş tarixi hadisələr

181395

7 mart dünyada telefonun yarandığı gündür. Onun ixtiraçısı isə Aleksandr Qrehemdir. İlk telefon stansiyası Konnektikutda istifadəyə verilməyə başladı. Aleksandr  telefonda salamlamaq üçün alman dənizçilərinin leksikonundakı "Ahoy" sözündən istifadəni təklif edib. Sonra isə Tomas Edison ənənəvi "Hello" ("Salam") sözünü təklif edir. Bu söz formasını dəyişərək, dilimizə "Alo" kimi daxil olub. Dünyanın ilk "telefonçu qadınlar"ı Emma və Stella Natt bacıları oldu.

Telefonçuların aylıq məvacibi həmin vaxtlar 10 dollar idi və bu məbləğ o dövr üçün yaxşı məbləğ hesab olunurdu. 1880-cı ildə Bell yoldaşı ilə "fotofon" adlı simsiz telefon ixtira edirlər.

Bəs, 7 martda daha hansı hadisələr baş verib?

1. 1917-ci ilin bu günü musiqi tarixinin ilk caz valı ABŞ-da satışa çıxarılıb.

2. 7 mart 1933-cü ildə “Monopoliya” oyunu yaradılıb.

3. 1969-cu ilin 7 martında Qolda Meir İsrailin ilk qadın baş naziri olub.

4. 7 mart 1979-cu ildə Amerika Birləşmiş Ştatlarının “Voyager I” kosmik gəmisi Yupiter və Uran kimi Saturnun da halqalara malik olduğunu kəşf edib və şəkillərini Yer kürəsinə göndərib.

5. 1979-cu ilin bu günü Türkiyə ilə SSRİ arasında neft müqaviləsi imzalanıb.

6. 7 mart 1984-cü ildə Şimali Kıbrısın bayrağı Şimali Kipr Türk Cümhuriyyəti Məclisi tərəfindən təsdiq olunub.

7. 1989-cu ilin 7 martında Salman Rüşdinin "Şeytan ayələri" kitabına görə  İran Böyük Britaniya ilə diplomatik əlaqələrini kəsib.

7 martda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Martın 7-si Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndəsi, ustad sənətkar Aşıq Ələsgərin xatirə günüdür. Bütün Qafqazda və türk xalqları arasında geniş şöhrət qazanmış Aşıq Ələsgər 105 yaşında vəfat edib. (1821-1926)

2. 7 mart Dağıstan xalqının Rusiya imperiyasına qarşı milli-azadlıq hərəkatının lideri Şeyx Şamilin xatirə günüdür.

3. 1990-cı ilin 7 martında Türkiyənin “Hürriyyət” qəzetinin Baş redaktoru, jurnalist və yazıcı Çetin Emeç və sürücüsü Əli Sinan Ercan sui-qəsd nəticəsində öldürülüb.

4. Azərbaycan SSR xalq rəssamı Salam Salamzadə 7 mart 1908-ci ildə anadan olub.

5. Azərbaycan futbolu tarixində ən yaxşı məşqçilərdən biri, keçmiş futbolçu, idman ustası Ruslan Abdullayev 7 mart 1944-cü ildə doğulub.

6. Azərbaycanlı aktrisa, Xalq artisti Xuraman Hacıyeva 1945-ci ilin bu günündə dünyaya göz açıb.

7. Bu gün tanınmış jurnalist, elm xadimi və ictimai xadim, Azərbaycan SSR Əməkdar jurnalisti, Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi Nəsir İmanquliyevin anım günüdür. Görkəmli naşir 1998-ci ilin 7 martında dünyasını dəyişib. 
8. Azərbaycanlı monumentalçı heykəltəraş, Əməkdar incəsənət xadimi Vaqif Nəzirov 2020-ci ilin bu günündə dünyasını dəyişib.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO