Bayram tonqalında 3 uşaq xəsarət ALIB 

Bayram tonqalında 3 uşaq xəsarət ALIB 

Hazırda oxunan: Bayram tonqalında 3 uşaq xəsarət ALIB 
181329
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Martın 5-də axşam saatlarında paytaxt Bakıda və Sabirabad rayonu ərazisində ümumilikdə 3 nəfər Od çərşənbəsi ilə əlaqədar qalanan tonqala yıxılaraq xəsarət alıb. 

Bu barədə Bizim.Media-ya TƏBİB-dən bildirilib. 

Məlumata görə, Republika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 23:30 radələrində Xətai rayonu Gəncə prospekti 63 M ünvanından 2015-ci il təvəllüdlü (kişi cinsli) şəxsin tonqala yıxılaraq xəsarət alması səbəbilə çağırış daxil olub.

O, sol budun yuxarı üçdə birinin qəlpəli sınığı diaqnozu ilə Sabunçu Tibb Mərkəzinin Uşaq-travmatologiya şöbəsinə hospitalizasiya olunub. Yüngül yanıq xəsarətləri də alan pasiyentin müalicəsi hazırda davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir. 

Analoji hadisə Sabirabad rayonunda da qeydə alınıb. Belə ki, 2012-ci il təvəllüdlü və 2021-ci il təvəllüdlü (hər iksi kişi cinsli olmaqla) azyaşlılar hər iki əlin yanığı diaqnozu ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hər iki şəxsə zəruri tibbi yardım göstərilərək, ambulator müalicə üçün evə buraxılıblar. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO