Prokurorluq Ağdamda minaya düşən şəxslə bağlı məlumat yayıb

Prokurorluq Ağdamda minaya düşən şəxslə bağlı məlumat yayıb

Hazırda oxunan: Prokurorluq Ağdamda minaya düşən şəxslə bağlı məlumat yayıb

18096

Aprelin 17-də saat 21 radələrində Xocalı rayon sakini 1983-cü il təvəllüdlü Quliyev Arif Sabir oğlunun Ağdam rayonunun işğaldan azad edilən ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 
 

MÖVZU İLƏ BAĞLI:

Ağdamda daha bir nəfər minaya düşdü


Ağdam rayon prokurorluğundan Bizim.Media-ya verilən məlumata görə, aparılan araşdırmalarla Arif Quliyevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində ”sol ayağın topuqdan aşağı ətrafının amputasiyası” xəsarəti alması müəyyən edilib.

Faktla bağlı Ağdam rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO