Buraxılış imtahanları şimal bölgəsində də baş tutdu

Buraxılış imtahanları şimal bölgəsində də baş tutdu

Hazırda oxunan: Buraxılış imtahanları şimal bölgəsində də baş tutdu

180910

Dövlət İmtahan Mərkəzinin orta təhsil müəssisələrinin 11-ciləri üçün keçirdiyi buraxılış imtahanları şimal bölgəsinin Siyəzən, Şabran və Xaçmaz rayonlarının məktəblərində də baş tutub.

Bizim.Media-nın Quba-Xaçmaz Regional Elm və Təhsil idarəsinin Xaçmaz sektorundan əldə etdiyi məlumata görə, Xaçmazda  56 məktəbdən 1880 nəfər 11-ci sinif şagirdi imtahana buraxılıb.

Buraxılış imtahanları rayon üzrə 10 məktəbdə  keçirilib. 
Təhsil sektorundan bildirilib ki, ilkin məlumata görə, 20 şagird  buraxılış imtahanına qatılmayıb. Bu barədə dəqiq məlumatı Dövlət İmtahan Mərkəzi verəcək.

Quba-Xaçmaz Regional Elm və Təhsil idarəsinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Şabran rayonunda 46 məktəbdən 558 nəfər 11-ci sinif şagirdi imtahana qatılıb. 8 nəfər imtahanda iştirak etməyib. Onlardan 1 nəfər  şxsiyyət vəsiqəsini unutduğuna görə buraxılmayıb.

Regional idarənin Siyəzən sektorundan   rayon üzrə buraxılış imtahanlarının nəticəsi barədə hələlik açıqlamanın hazır olmadığı bildirilib.

Ümumiyərlə, Quba-Xaçmaz Regional Elm və Təhsil idarəsi 11-cilərin buraxılış imtahanlarını Dövlət İmtahan Mərkəzi keçirdiyini deyərək dəqiq məlumatın həmin qurumun açıqlayacağı bildirilib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO