BMW ilə avtoxuliqanlıq edən şəxs “Nikosayağı”nın qohumu imiş - FOTO/VİDEO

BMW ilə avtoxuliqanlıq edən şəxs “Nikosayağı”nın qohumu imiş - FOTO/VİDEO

Hazırda oxunan: BMW ilə avtoxuliqanlıq edən şəxs “Nikosayağı”nın qohumu imiş - FOTO/VİDEO
180853
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gəncə şəhərində BMW markalı avtomobillə avtoxuliqanlıq edən sürücü sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirlinin qohumu imiş.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, Gəncə şəhərində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücü Şərif Şərifov “Nikosayağı”nın qaynıdır.

Qeyd edək ki, bir neçə gün əvvəl Ş.Şərifov özünə məxsus BMW markalı avtomobillə şəhər ərazisində avtoxuliqanlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub, təhlükəli manevrlər edib.

Sürücü barəsində toplanmış material aidiyyəti üzrə məhkəməyə göndərilib.

Xatırladaq ki, 2023-cü ilin avqustun 15-də sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirli qəzaya düşüb. Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. N.Şakirli idarə etdiyi “Porsche” markalı avtomobili ilə TIR-a çırpılıb.

Qəza nəticəsində bir nəfər ölüb. N.Şakirli ağır xəsarət alıb, onun sağ yuxarı ətrafı dirsəkdən amputasiya edilib.

Bloqerə qarşı Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
 


BMW ilə avtoxuliqanlıq edən şəxs “Nikosayağı”nın qohumu imiş - FOTO/VİDEO - foto 1
BMW ilə avtoxuliqanlıq edən şəxs “Nikosayağı”nın qohumu imiş - FOTO/VİDEO - foto 2

Bizim.Media

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO