“Məkkə ziyarətindən qayıdanların bir-birinə “hacı” deməsi yanlışdır” – Elşad Miri

“Məkkə ziyarətindən qayıdanların bir-birinə “hacı” deməsi yanlışdır” – Elşad Miri

Hazırda oxunan: “Məkkə ziyarətindən qayıdanların bir-birinə “hacı” deməsi yanlışdır” – Elşad Miri
180273
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İslam dininin beş şərtindən biri də Həcc ziyarətidir. Həcc ziyarəti maliyyə vəziyyəti və səhhəti yerində olan möminlərin ömürlərində bir dəfə Kəbəni ziyarət etməsi üçün nəzərdə tutulub. 

Bu ziyarətdən qayıdandan sonra Azərbaycanda əksər insanlar bir-birinə “hacı” deyirlər. Ölkəmizdə son günlər “həci”lərin sayı kifayət qədər artıb. Məlumat üçün qeyd edək ki, “həci” müxtəlif regionlarda dialekt söz kimi işlənir. Sözün düzgün variantı hacıdır. 
 

MÖVZU İLƏ BAĞLI:

Həcc ziyarətinə getmək istəyənlərin NƏZƏRİNƏ: Qiymət müəyyənləşdi


Bəs görəsən, kimlərə hacı deyilməlidir? Ümumiyyətlə, ziyarətdən qayıdan şəxslərin bir-birinə hacı deməsi doğrudurmu?

İlahiyyatçı Elşad Miri mövzu ilə bağlı Bizim.Media-ya danışıb.

O qeyd edib ki, İslamda hacılıq deyilən bir anlayış yoxdur: 

“Quranda bildirilən “həcc” anlayışı oradakı insanların bir-birlərinə müraciəti ilə bağlı nəzərdə tutulub. Məsələn, kimsə vətənə qulluq etdiyi zaman ona “əsgər” deyilirsə, evə gəldikdən sonra bu adla çağırılmır. “Hacıxanım”, “hacı” kimi adlar dinin mahiyyətinə uyğun olan məsələ deyil. Nə peyğəmbərə hacı deyilib, nə də ətrafındakı səhabələr bu adlarla çağırılıb. 

Bizdə “hacı” adını xüsusi rütbə kimi təqdim edirlər. Başqalarından fərqlənmək üçün bu addan istifadə edirlər. Bu, yanlış yanaşmadır”.

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO