Narkotikin təsiri altında və sərxoş vəziyyətdə maşın sürən onlarla sürücü SAXLANILDI - FOTO

Narkotikin təsiri altında və sərxoş vəziyyətdə maşın sürən onlarla sürücü SAXLANILDI - FOTO

Hazırda oxunan: Narkotikin təsiri altında və sərxoş vəziyyətdə maşın sürən onlarla sürücü SAXLANILDI - FOTO
179472
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən baş verə biləcək xoşagəlməz halların qarşısının alınması məqsədilə rayon ərazisində nəzarət-profilaktik tədbirlər keçirilib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, şəhərin küçə və prospektlərində, eləcə də təhsil müəssisələrinin qarşısında yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində narkotik vasitənin təsiri altında və sərxoş vəziyyətdə sükan arxasına əyləşən intizamsız sürücülər aşkar olunub. 

Yanvar-fevral ayı ərzində spirtli içkinin və narkotik vasitənin təsiri altında 27, sürücülük hüququ olmadan avtomobil idarə edən isə 58 nəfər barəsində qanunvericiliyə uyğun tədbir görülüb. 

Həmçinin, dövlət qeydiyyat nişanı olmadan avtomobil idarə edən, təhlükəsizlik kəmərindən istifadə etməyən, nəqliyyat vasitəsində konstruksiya dəyişikliyinə yol verən və digər kobud qayda pozuntuları törədən sürücülər müəyyən olunaraq barələrində inzibati protokollar tərtib edilib.

Tədbir zamanı avtomobillərin atmosferə ixrac etdiyi dəm qazının miqdarı da xüsusi cihaz vasitəsilə yoxlanılıb.

Yoxlama zamanı ekoloji normalara cavab verməyən avtomobil sürücüləri inzibati qaydada məsuliyyətə cəlb olunublar. 

Rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş digər profilaktiki tədbirlər nəticəsində isə tütün məmulatlarından istifadə qaydalarını pozan, qapalı məkanlarda siqaret çəkən, qanunsuz küçə ticarəti ilə məşğul olan və məişət tullantılarını urnalardan kənara atan şəxslər müəyyən olunub.
Son 2 ay ərzində bu istiqamətdə keçirilmiş tədbirlər nəticəsində tütün məmulatlarından istifadə qaydalarını pozan 268 nəfər, qanunsuz küçə ticarəti ilə məşğul olan 46 və ətraf mühiti çirkləndirən 22 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib olunub. 

Narkotikin təsiri altında və sərxoş vəziyyətdə maşın sürən onlarla sürücü SAXLANILDI - FOTO - foto 1
Narkotikin təsiri altında və sərxoş vəziyyətdə maşın sürən onlarla sürücü SAXLANILDI - FOTO - foto 2
Narkotikin təsiri altında və sərxoş vəziyyətdə maşın sürən onlarla sürücü SAXLANILDI - FOTO - foto 3
Narkotikin təsiri altında və sərxoş vəziyyətdə maşın sürən onlarla sürücü SAXLANILDI - FOTO - foto 4
Narkotikin təsiri altında və sərxoş vəziyyətdə maşın sürən onlarla sürücü SAXLANILDI - FOTO - foto 5
Narkotikin təsiri altında və sərxoş vəziyyətdə maşın sürən onlarla sürücü SAXLANILDI - FOTO - foto 6

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO