Azərbaycanda tələbələr dəm qazından zəhərləndilər

Azərbaycanda tələbələr dəm qazından zəhərləndilər

Hazırda oxunan: Azərbaycanda tələbələr dəm qazından zəhərləndilər

179303

Şəkidə kirayə qalan tələbələr dəm qazından zəhərlənib. Hadisə Şəki şəhəri Könül Qəhrəmənova küçəsindəki fərdi yaşayış evlərindən birində baş verib.

Bizim.Media-nın yerli bürosu Şəki Rayon Mərkəzi Xəstəxanasına istinadən bildirir ki, fərdi mənzillərdən birində kirayədə yaşayan 2006-cı il təvəllüdlü Rəvan Hətəmxan oğlu Xavəvi, 2005-ci il təvəllüdlü Kamil Qabil oğlu Məmmədli, 2005-ci il təvəllüdlü Ülvi Mirverdi oğlu Bəbirbəyli, 2003-cü il təvəllüdlü Musallif Qılman oğlu Bəşirov, 2006-cı il təvəllüdlü Emil Nuşiravan oğlu Məmmədov və 2002-ci il təvəllüdlü İmran Azadoviç Adimov dəm qazından zəhərlənmə əlamətləri ilə Təcili Tibbi Yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. 

Dəm qazından zəhərlənən şəxslərə xəstəxanada lazımi tibbi yardım göstərilib, vəziyyətləri qənaətbəxş olduğu üçün gecə saat 02:30-da evə buraxılıblar. Dəm qazından zəhərlənən şəxslərin Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının tələbələri olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. 

Tural Rasim oğlu, Bizim. Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO