Asiya Parlament Assambleyasının İcraedici Şurasının iclası keçirilib - FOTO

Asiya Parlament Assambleyasının İcraedici Şurasının iclası keçirilib - FOTO

Hazırda oxunan: Asiya Parlament Assambleyasının İcraedici Şurasının iclası keçirilib - FOTO
179249
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda Asiya Parlament Assambleyasının (APA-nın) 14-cü plenar sessiyası çərçivəsində qurumun İcraedici Şurasının iclası keçirilib.

Bizim.Media xəbər verir ki, iclası açan İcraedici Şuranın sədri Abdulkadir Emin Önen məruzə ilə çıxış edib.

O, qurumun keçdiyi yol və qarşıdakı perspektivləri ilə bağlı fikirlərini bölüşüb, APA-nın qlobal problemlərin həllində mühüm platforma rolunu oynadığını diqqətə çatdırıb və Azərbaycanın 2024-2025-ci illər üzrə APA-ya uğurla sədrlik edəcəyinə əminliyini ifadə edib.

İclasda APA Baş katibinin müavini Kia Tabatabaye qurumun ötən dövrdəki fəaliyyəti ilə bağlı hesabatı təqdim edib. APA-nın baş katibi Muhammed Reza Məcidi isə müzakirədə olan qətnamə layihələri üzrə son fikir və təkliflərlə bağlı məlumat verib.

Baş katib ev sahibliyinə görə Azərbaycana təşəkkürünü bildirib, ölkəmizin APA-ya müvəffəqiyyətlə sədrlik edəcəyinə şübhə etmədiyini vurğulayıb.

Sonra APA-nın 14-cü Plenar İclasının gündəliyi müzakirə olunub. Tədbirdə İqtisadi və davamlı inkişaf üzrə, Büdcə və planlaşdırma üzrə, Sosial və mədəni məsələlər üzrə, Siyasi məsələlər üzrə daimi komitələr tərəfindən irəli sürülən qərar layihələri nəzərdən keçirilib, təşkilati və digər məsələlərə baxılıb.
İclasda Milli Məclisin APA-dakı nümayəndə heyətinin rəhbəri Əminə Ağazadə, nümayəndə heyətinin üzvləri Aydın Hüseynov, İlham Məmmədov, Anar Məmmədov, APA-ya üzv ölkələrin nümayəndə heyətləri və digər rəsmi şəxslər iştirak ediblər.

Asiya Parlament Assambleyasının İcraedici Şurasının iclası keçirilib - FOTO - foto 1
Asiya Parlament Assambleyasının İcraedici Şurasının iclası keçirilib - FOTO - foto 2
Asiya Parlament Assambleyasının İcraedici Şurasının iclası keçirilib - FOTO - foto 3
Asiya Parlament Assambleyasının İcraedici Şurasının iclası keçirilib - FOTO - foto 4
Asiya Parlament Assambleyasının İcraedici Şurasının iclası keçirilib - FOTO - foto 5

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO