Qusar məktəbliləri Səməd Vurğunun “Azərbaycan” şeirini ləzgicə oxudular – FOTO/VİDEO  

Qusar məktəbliləri Səməd Vurğunun “Azərbaycan” şeirini ləzgicə oxudular – FOTO/VİDEO  

Hazırda oxunan: Qusar məktəbliləri Səməd Vurğunun “Azərbaycan” şeirini ləzgicə oxudular – FOTO/VİDEO  

179223

Hər il dünyada Beynəlxalq Ana dili günü kimi qeyd olunan 21 fevral şimal bölgəsində milli azlıqlarımızın yaşadığı rayonların təhsil ocaqlarında xüsusi olaraq qeyd olunub.

Bizim.Media Qusar, Quba, Xaçmaz rayonlarında ləzgilərin yaşadığı yaşayış məntəqələrində milli azlıqların dilinin tədris vəziyyəti ilə maraqlanıb.

Quba-Xaçmaz Regional Elm və Təhsil İdarəsinin məlumatına görə, ləzgilərin kompakt yaşadığı Qusarda 82 məktəbdə həftədə 1 saat (ümumilikdə 817 saat) ləzgi dili dərsləri tədris edilir. Ləzgi dilini şagirdlərə 7-si ali təhsilli olmaqla 72 müəllim öyrədir.

Quba rayonunda isə Üçgün, Hacıhüseynli və Qımıl kənd məktəblərində ləzgi dili və Xınalıq kənd internat tipli məktəbində Xınalıq dili dərsləri keçilir.

Dərslər Elm vəTəhsil Nazirliyinin "Azsaylı xalqlar üçün təsdiq olunmuş tədris proqramı"na uyğun olaraq həftədə 1 saat tədris edilir.

Analoji qaydada Xaçmaz rayonunun 4 təhsil ocağında - İstisu qəsəbə, Yalama, Nabran və Ləcət kənd məktəblərində milliyətcə ləzgi olan uşaqlara milli dilləri tədris olunur.

Qusar şəhərindəki Bəhruz Ağaverdiyev adına 1 saylı və Quba rayonun Rüfət Kəlbiyev adına məktəblərdə milli dilllərin dərs prosesi maraqlı görüntülərlə yadda qalıb.

Belə ki, Qusar məktəbliləri S.Vurğunun"Azərbaycan" şeirini milli dillərində əzbər oxuyublar.

Həmin görüntüləri təqdim edirik:
 















Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO