
- A-
- A
- A+
Cəmiyyət
19:23 / 22.05.2017
2 dəq oxunma
Azərbaycan prezidenti BƏƏ nümayəndə heyətini qəbul etdi - YENİLƏNİB
Hazırda oxunan: Azərbaycan prezidenti BƏƏ nümayəndə heyətini qəbul etdi - YENİLƏNİB
179072
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Azərbaycan prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah bin Zayed Al Nahyanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
xa0
Şeyx Abdullah bin Zayed Al Nahyanla keçirdiyi son görüşü məmnunluqla xatırlayan prezident İlham Əliyev bildirib ki, ötən müddət ərzində ölkələrimiz dostluq, qardaşlıq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində böyük inkişafa nail olub.
xa0
Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin yüksək səviyyədə və dinamik inkişafda olduğunu deyən dövlət başçısı siyasi, iqtisadi, ticarət və digər sahələrdə əməkdaşlığın çox yaxşı istiqamətdə inkişaf etdiyini vurğulayıb. Abu-Dabinin vəliəhdi, Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyanla dünənki görüşünə toxunan prezident İlham Əliyev bu görüşü ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə olan böyük qarşılıqlı marağın göstəricisi kimi dəyərləndirib və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah bin Zayed Al Nahyanın ölkəmizə səfərinin də bu baxımdan əhəmiyyətli addım olduğunu deyib.
xa0
İkitərəfli əlaqələrimizin inkişafından qürur duyduğunu deyən qonaq isə bu əlaqələrin genişləndirilməsində prezident İlham Əliyevin liderliyinin əhəmiyyətli rolunu qeyd edib.
xa0
Görüşdə son vaxtlar Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana gələn turistlərin sayının xeyli artdığı vurğulanıb, bunun ölkəmizdə olan əmin-amanlıq və qonaqpərvərliyin göstəricisi olduğu bildirilib.
xa0
Söhbət zamanı ölkələrimiz arasında nəqliyyat, ixrac-idxal, ticarət, turizm, müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsi və digər sahələrdə əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.(APA)
xa0
***xa0
xa0
Prezident İlham Əliyev mayın 22-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah bin Zayed Al Nahyanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
xa0
Moderator.az -ın xəbərinə görə, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.





























































































