Tibb işçisi olmayan tibb məntəqəsi: Yenidən qurulan səhiyyə ocağının qapıları bağlı qalıb - VİDEO

Tibb işçisi olmayan tibb məntəqəsi: Yenidən qurulan səhiyyə ocağının qapıları bağlı qalıb - VİDEO

Hazırda oxunan: Tibb işçisi olmayan tibb məntəqəsi: Yenidən qurulan səhiyyə ocağının qapıları bağlı qalıb - VİDEO

178693

Şamaxıda bir neçə il əvvəl yenidən qurulmuş tibb məntəqəsi hələ də istifadəyə verilməyib. Çünki nə həkim var, nə də tibb bacısı.

Bizim.Media xezerxeber.az-a istinadən xəbər verir ki, söhbət Şamaxının Mərzəndiyə kəndində yərləşən tibb məntəqəsindən gedir.

Kənd sakinlərinin sözlərinə görə, məntəqə bir neçə il əvvəl yenidən qurulub. Lakin hələ də istifadəyə verilməyib.

Sakinlər bildirirlər ki, ən xırda narahatlıqda belə rayon mərkəzinə getmək məcburiyyətində qalırlar. Kəndin mərkəzdən uzaq olması isə həm xəstəni çatdırmaq, həm də maddi baxımdan sakinlərə xeyli çətinlik yaradır.

Bildirilir ki, tibb məntəqəsinin fəaliyyətə başlaması üçün aidiyyəti qurumlara da müraciət edilib. Cavab olaraq isə kadr çatışmazlığı əsas gətirilib.

Məsələ ilə bağlı TƏBİB-dən "Xəzər Xəbər"ə bildirilib ki, Mərzəndiyə Tibb Məntəqəsi Sabir qəsəbə Ailə Sağlamlıq Mərkəzinə tabedir. Burada 2 ailə həkimi, 7 tibb bacısı və 1 mama çalışır. Mərzəndiyyə tibb məntəqəsində isə həkim ştatı nəzərdə tutulmayıb.

Burada tibb bacısı ştatına işə qəbul üçün elan verilsə də, heç bir müraciət daxil olmayıb. Bu səbəbdən də məntəqə fəaliyyət göstərə bilmir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO