Elçin Quliyev Ermənistanın təxribatı nəticəsində yaralanmış hərbçimizi ziyarət edib - FOTO

Elçin Quliyev Ermənistanın təxribatı nəticəsində yaralanmış hərbçimizi ziyarət edib - FOTO

Hazırda oxunan: Elçin Quliyev Ermənistanın təxribatı nəticəsində yaralanmış hərbçimizi ziyarət edib - FOTO
178176
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fevralın 14-də Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Respublika Neyrocərrahiyyə Xəstəxanasında Azərbaycan-Ermənistan şərti dövlət sərhədində Zəngilan rayonu ərazisində Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində yaralanmış əsgər Xəlilzadə Pərviz Ağakişi oğlunu ziyarət edib, müalicəsinin gedişatı ilə maraqlanıb və tezliklə sağalaraq səhhətinin tam bərpa edilməsini arzulayıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, əsgər P.Xəlilzadə göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirib və müalicəsi bitdikdən sonra həmin sərhəd döyüş məntəqəsində xidmətini davam etdirmək arzusunda olduğunu ifadə edib.

Daha sonra Dövlət Sərhəd Xidmətinin rəisi Neyrocərrahiyyə xəstəxanasının həkim və tibb personalı ilə görüşərək, əməliyyatın yüksək peşəkarlıqla icra olunduğuna, yaralıya lazımi diqqət və qayğı göstərdiklərinə görə öz minnətdarlığını bildirib.

Elçin Quliyev Ermənistanın təxribatı nəticəsində yaralanmış hərbçimizi ziyarət edib - FOTO - foto 1
Elçin Quliyev Ermənistanın təxribatı nəticəsində yaralanmış hərbçimizi ziyarət edib - FOTO - foto 2
Elçin Quliyev Ermənistanın təxribatı nəticəsində yaralanmış hərbçimizi ziyarət edib - FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO