Tibbi avadanlıqlar gətirəcəyi vədi ilə vətəndaşları aldadan şəxs SAXLANILDI - FOTO

Tibbi avadanlıqlar gətirəcəyi vədi ilə vətəndaşları aldadan şəxs SAXLANILDI - FOTO

Hazırda oxunan: Tibbi avadanlıqlar gətirəcəyi vədi ilə vətəndaşları aldadan şəxs SAXLANILDI - FOTO

178171

Ölkəyə müxtəlif təyinatlı tibbi avadanlıqlar gətirəcəyi vədi verərək etibardan sui-istifadə yolu ilə müxtəlif insanlara qarşı dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, zərərçəkənlərdən daxil olan şikayətlər əsasında Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir nəticəsində həmin şəxs 1981-ci il təvəllüdlü Ramin Məhərrəmov tutularaq istintaqa təqdim edilib.

R.Məhərrəmov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar polisə məlumat verə bilərlər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO